Shipping policy
Çatdırılma Şərtlərimiz
Sifariş etdiyiniz diecast modelləri zədələnməməsi üçün xüsusi qoruyucu qablaşdırma ilə qablaşdırılır və 1-3 gün ərzində kuryer (Bolt, Wolt və digər) sizə göndərilir.
Bakı daxili çatdırılma operativ şəkildə həyata keçirilir, bölgələrə isə poçt xidməti (Azərpoçt) vasitəsilə göndəriş təmin olunur.
Kolleksiya dəyərini qorumaq məqsədilə, məhsulu təhvil alarkən qutunu (bağlamanı) açan zaman Mütləq Video Çəkməyiniz Xahiş Olunur.
Hər hansı zədə və ya uyğunsuzluq zamanı yalnız video çəkiliş olduğu halda geri qaytarılma və ya dəyişdirilmə təmin ediləcəkdir. CarHobie olaraq modellərinizin sizə mükəmməl vəziyyətdə çatması bizim üçün prioritetdir.