Refund policy

Qaytarılma və Geri Ödəniş Şərtləri

CarHobie olaraq, diecast modellərinin kolleksiya dəyərini qorumaq üçün geri qaytarılma yalnız məhsulun zavod defekti və ya çatdırılma zamanı zədələnməsi halında mümkündür.

Müştəri məhsulun bağlamasını (kuryer paketini) açarkən mütləq fasiləsiz video çəkiliş etməlidir; zədə və ya uyğunsuzluq iddiaları yalnız bu video əsasında nəzərdən keçirilir.

Modelin orijinal blisteri (şəffaf qablaşdırması) və ya qutusu açıldığı, zədələndiyi halda (müştəri tərəfindən) məhsulun kolleksiya dəyəri itdiyi üçün geri qaytarılma qəbul edilmir. 

Şikayətlər məhsul təhvil alındığı andan etibarən 24 saat ərzində bizə bildirilməlidir. Təsdiq edilmiş geri qaytarılma hallarında ödəniş 1-3 iş günü ərzində ilkin ödəniş üsulu ilə (və ya razılaşdırılmış qaydada) geri qaytarılır və məhsul sizdən tələb oluna bilər. Əlavə olaraq, müştərinin istəyi əsasında məhsul yenisi ilə əvəz edilə bilər.